Suicide Room~
Blogu açdım ama nə yazım bilmirdim. Mən də bugün yenidən ağlıma gəlmiş və son səhnəsinə yenidən baxdığım bir film haqda yazım dedim.
Film'in adı İntihar otağı'dır. Film Polonya filmidir əsl adı Sala samobójców'dur. Adından da göründüyü kimi ana mövzusu intihar'dır və film intiharın əslində o qədər də yaxşı fikir olmadığını gənclərə göstərmək üçündür yəni mənim gəldiyim qənaət budur. Filmdə baş rol aktyor'umuz adi bir orta məktəb şagirdidir. Ta ki məzuniyyət partisinə qədər. Bütün sinif yoldaşları çox içdiyi üçün başları çox yerində olmur. Baş rol oğlanımıza yəni Dominik Santorski'yə bir oğlanı öpməsini deyirlər. Bundan sonra isə ona gay damğası vurulur. Dominik başlarda çox vecinə almır. Amma sonra dostlarının çox üstünə getməsinə görə artıq bu sözlər ona çox pis təsir etməyə başlayır.
IMDB Dəyəri: 6.6 / 10
Növ:Animasiya, Dram,Həyəcan
Rəhbər: Jan Komasa
Ssenari: Jan Komasa
Aktyorlar: Jakub Gierszal
Roma Gasiorowska, Agata Kulesza
Bundan sonra Dominik çox içinə qapanıq birinə dönüşür. Komputerdə Sylwia adında bir qızın yaratdığı Suicide Room (İntihar Otağı) adındakı virtual oyuna daxil olur. Burdakı hamının niyəti də ölməkdir. Sonradan Sylwia ilə aralarındakı münasibət sevgiyə dönüşür. Bütün filmi danışmaq istəmirəm burda ama baxmağınızı çox tövsiyə etdiyim bir filmdi.

Gənc bir oğlanın dostları tərəfindən olunan haqsızlıqlara görə həyata küsməsi intihara qədər getməsindən bəhs edən bu filmə baxmaq sizə də təsir edəcək amma həm də intiharın necə pis bir şey olduğunu bizlərə göstərir. İntihar etdikdən sonra çox peşman olsan da artıq gecdir.
Gənc bir oğlanın dostları tərəfindən olunan haqsızlıqlara görə həyata küsməsi intihara qədər getməsindən bəhs edən bu filmə baxmaq sizə də təsir edəcək amma həm də intiharın necə pis bir şey olduğunu bizlərə göstərir. İntihar etdikdən sonra çox peşman olsan da artıq gecdir.
Yorumlar
Yorum Gönder