2036'dan gəldiyini iddia eləyən adam John Titor ~ Zamanda səyahət

 

    SALAM 😊 제가 더 싸요 💜🦄
    1-2 gündür bu mövzu haqqında yazmaq istəyirəm. Araşdırdım bunu əslində çox köhnə mövzudu amma mənim təzəlikcə xəbərim olub. Bəlkə də bunu oxuyanlardan da kimlərinsə əvvəldən xəbəri ola bilər. Yazmağa başlıyım 😅
    İlk növbədə bu adamın adı əvvəlcədən John Titor olaraq bilinməyib. Bu ad sonralar ortaya çıxıb. Bu söhbət ilk dəfə bu adamın 29 iyul 1998 tarixində Coast The Coast Am adlı bir radio kanalında Art Bell adında bir adamın radio proqramına teleqraf göndərməsiylə başladı. Bu radio proqramına 2 ədəd teleqraf gəlir. Ümumi baxanda teleqrafların ikisinin də eyni adama aid olduğundan əmin ola bilmirik. Amma yazı tərzi və məzmundan eyni adamın göndərdiyi düşünülür. İlk teleqrafda 2034-cü ildə zaman maşınının icad olunması və bu maşının maqnit sahəsi içərisində işlədiyi ilə bağlı yazılır. Maşının içərisində olan təkərin fırlanma sürətini yavaşladıb, sürətləndirib, çevirib ya da fırladaraq zaman içərisində irəliyə və geriyə getməyin mümkün olduğunu deyir. Teleqrafda belə bir şey yazılır ki, zaman səyahətindən sonra öz zamanına qayıtmaq istədikdə və qayıtdıqda yeni bir zaman xətti, və yeni bir kainat (dünya) yaradırsan.
    Art Bell :

    Burda mövzu bir az çoxlu dünya teorisinə çıxır. Onun haqqında da bir az məlumat verim bilməyənlər üçün. Bu "çoxlu dünya" fikri ilk dəfə 1954-cü ildə Princeton Universitet'ində oxuyan gənc Hugh Everett'in ağlına gəlmişdir. Burda deyilməyə çalışan şey əslində belədir ki, biz hal- hazırda yaşadığımız zamanı, həyatı tək bir həyat kimi düşünürük. Yəni bir seçim edirik, qərarlar veririk, ətrafımızdakı insanlar və başqaları qərarlar alır və s nəticədə biz hamımız birgə bir dünya bir zaman yaradırıq və hamımız o zaman xəttinin içində, bir dünyada yaşayırıq. Tək bir zaman xətti, tək bir dünya olduğunu düşünürük çünki yaşadığımız şeylər elə düşündürür. Amma bu çoxlu dünya fikrinə görə mən məsələn Azərbaycan Dillər Universitet'inə getməyi seçdim lakin başqa bir universiteti seçsəydim, həyatım çox daha fərqli olardı. Hələ bir çox fərqli qərarlar verəcəkdim və həyatım ona görə uyğunlaşacaqdı və s. Əslində siz yaşadığınız dünyada eyni vaxtda fərqli seçimlər edirsiniz və zaman xəttiniz də ona uyğunlaşır. Yəni əslində siz hal-hazırda bu həyatı yaşayarkən başqa bir siz, başqa seçimlər edib, fərqli bir həyat yaşayır. Və bu da tamamilə başqa bir zaman xətti yaradır. Odur ki uşaqlığımızdan ailəmizin verdiyi qərarlardan bizim qərarlamız da daxil olmaqla indiyə qədər bu qərarlara, etdiyimiz seçimlərə görə milyon dənə, sonsuz sayda yeni bir zaman xətti və yeni bir dünya yaranıb və yaranır. İndiki vaxt sadəcə bizim yaşadığımız mənim blogger olduğum dünyadır. Amma başqa bir zaman xəttində mən başqa bir şeyəm. Və bu sonsuz sayda çoxlu dünya teorisinə daxil olur. Çox daha fərqli, çox daha artıq, sonsuz sayda dünya yaratmış oluruq. Bir az paralel dünyalar teorisinə girir bu əslində. İn Şa ALLAH bunun haqqında da bir yazı yazacam.


    Radio kanalına gələn teleqraf da tamamilə bununla bağlıdır. Teleqrafı göndərən adam John Titor'ın fikrinə görə yeni bir dünya yarada bilərsiniz və orda istədiyiniz bir şeyləri dəyişdirə bilərsiniz. Onsuz da həyatınızda bir şeyləri dəyişdirdikdə yeni bir dünya yaratmış olursunuz. Yəni məsələn keçmişə qayıdıb özünüzlə tanışsanız heç bir şey olmaz çünki fərqli bir zaman xətti, fərqli bir dünya yaradırsınız.
    Və həmçinin bu teleqrafda John Titor belə bir şey də yazıb ki, 2036'dan keçmişə gedə bilirəm. Amma irəliyə getmək istədikdə 2564 ilindən sonrasına gedə bilmədiyini deyir. Bundan irəlinin qaranlıq, zülmət və səssiz bir yer olduğunu deyir. Buna görə də 2564 ilindən sonra dünyanın sonunun gələcəyini deyir. John Titor teleqrafda zamanda geriyə getmə məqsədini dünyanın nə vaxtdan etibarən pisləşməyə başladığını tapmaq üçün olduğunu deyir və bunun nəticəsində 2000-ci illərdə həyatın, dünyanın pisləşməyə başladığının fərqinə varır. Bir neçə şeyi test etmək üçün bu ildə (1998) olduğunu deyir. 2036 haqqında da bunları deyir ki, "2000-ci illərin problemi çoxdur. Hökumət tamamilə çökdü. Qlobal olaraq həqiqətən qəribə bir hal almağa başladıq." "Rusiya nüvə qarı ilə (bu nədi tam bilmirəm) örtülüdür." bu cür şeylərdən bəhs edir. Bu ilk teleqrafda yazılanlardır.
    İkinci göndərdiyi teleqrafda daha məqsədə uyğun şeylərdən bəhs edir və belə deyir : "Mənim bura gəlməkdə məqsədim gələcəkdə olacaq şeylər haqqında sizi məlumatlandırmaq, bəlkə də bir ümid gələcəyi dəyişdirməkdir." Yəni bura gəlmə səbəbini belə göstərir və insanlarla əlaqə saxlamağın bir yolunun da bu radio proqramı olduğunu radio aparıcısına deyir. Gələcəyi qurtara bilməsi adına ata biləcəyi addımların daxil olduğu bir siyahı hazırlayıb bunu radio aparıcısına verir. Bunların hamısını internetdə axtarıb tapmaq mümkündür. Çox uzun olduğu üçün mən sadəcə özətini yazdım bura.


    Bu teleqraflardan sonra uzun bir müddət, 2 il boyunca heç bir xəbər alınmır bu adamdan. Heç bir irəliləmə olmur. Sonra 2000-ci ilin payız fəslində zaman paradoksları ilə bağlı bir saytda bir neçə istifadəçi yenidən bu mövzunu və teleqraflar haqqında söhbət açır və saytda bundan danışılmağa başlanılır. Daha sonra çox qəribə bir şəkildə bu sayta "TimeTravel_0" adlı bir istifadəçi daxil olur, bu mövzuda bir neçə şərh bildirir. Məsələn bir nəfərə deyir ki, "Doğrudan da bir neçə il ərzində zamanda səyahət meydana gələcək 2034-cü ildə və s. və ilk zaman maşını icad olunacaq. Kaş ki sizə şəklini göstərə bilsəydim. Şəklini çəkib sizə göstərməyi çox istəyərdim." Bundan sonra TimeTravel_0 adlı istifadəçi saytda zaman xətti, dünyanın necə işlədiyi haqqında ona verilən bütün sualları cavablamağa başlayır. Məsələn bir nəfər soruşur ki, "Zamanda səyahət etmək necə bir hissdi?" Buna cavab olaraq bir liftə minib sürətlə yüksəlirmişsən kimi hiss elətdirdiyini deyib. Özünün 2036-cı ildən (teleqrafda yazılanla eyni il) gələn bir əsgər olduğunu deyib. Bəzi şeyləri dəyişdirmək üçün bu vaxta gəldiyini deyir. 2036-cı ildə həyatın necə olduğunu soruşurlar və o "2036-cı ili açıq-açıq, bütün detayları ilə danışmağım çox çətindir. Bunun üçün müəyyən bir vaxt keçirməlisiniz." kimi bir cavab verir. Özünün 2036-cı ildə Central Floridada ailəsi ilə birgə yaşadığını və bir ordu qərargahında işlədiyini deyir. Sonra 2015-ci ildə başlayan bir dünya savaşı ilə təxminən 3 milyar insanın öldüyünü, sağ qalan insanların bir-birinə daha da yaxınlaşaraq birlikdə böyüdüyünü, insanların yaşamlarının tamamilə ailə ətrafında toplandığını, ailəsindən uzaq yaşadığını xəyal belə edə bilmədiyini deyir. Bundan başqa 2036-cı ildə bitki yetişdirildiyini, heyvandarlıqla məşğul olunduğunu, insanların daha çox üz-üzə görüşüb danışdığını, söhbət etməyə daha çox vaxt ayırdıqlarını, dinin çox ciddiyə alındığını və hamının beynindən vurma bölmə edə bildiyini deyir. Texnologiyanın inkişaf edib etmədiyini soruşduqda nəqliyyat və rabitə vasitələrində inkişaf olduğunu da demişdir. Bu adamdan bayaq dediyi müharibə haqqında soruşurlar və belə deyir "ABŞda 2005-ci ildə bir iç savaş başlayacaq təsirləri və s 10 il çəkəcək. 2015-ci ildə Rusiya ABŞ'dakı böyük şəhərlərə, Çinə və Avropaya qarşı nüvə hücumu başladacaq. ABŞ da qarşı hücuma keçəcək yəni onlar da Rusiyaya hücum edəcək. Bunun nəticəsində ABŞ şəhərləri tamamilə məhv oldu. Avropa birliyi və Çin də məhv oldu. Rusiya hal-hazırda bizim ən böyük ticarət ortağımızdır və ABŞ'ın paytaxtı da Nebraskadaki Omaha oldu."
    İndi baxdıqda bunların heç biri olmadı amma niyə? Əvvəl dediyim kimi bu adam əsgər idi və onun vəzifəsi bu müharibənin və bu cür şeylərin qarşısını almaq idi. Əsgər əslində 1975-ci ilə getmək istədiyini lakin səhvliklə İBM 5100ü (bu zamanda səyahət etmək olan üçün olan bir şeydi diyəsən) 1975-ci ilə yox bu söhbətlərin baş verdiyi ilə göndərdiyini deyir. Yəni əslində ən başda teleqraf göndərən adamla bu adam fərqli şeylər deyir.
    Bunlardan da sonra ilk teleqraf göndərən zaman yolçusu Art Bell forumda (hansı ki ilk dəfə teleqrafı da bu adamın radio proqramına göndərmişdi) meydana çıxır. Bu səfər hal-hazırda bildiyimiz adı olan John Titorla ortaya çıxır. 2001-ci ilin yanvar və mart ayları arasında olur bu və həmin adam yenə gələcəklə bağlı suallara cavab verir yəni ən başda elədiyi şeyin eynisini təkrar edir. Yenə fəlakət xəbərlər verir. Çox pis bir müharibənin olacağını, Olimpiya oyunlarının 2004-cü ildən aradan qaldırılacağını, Med Cow adında bir xəstəliyin epidemiya halını alacağını deyir. Son danışığı, son sözü 24 mart 2001-ci il gecə saat 03:53də yayınlanıb. Və deyir ki, "Bu zaman xəttindən çox qısa zamanda gedəcəm." Daha sonra ~ Maşının yolun kənarında qalmasına qarşılıq yanınızda qaz qutusu daşıyın (başa düşmədim bu nə əlaqə) formasında son tövsiyəsini verir. Bunu deyir və ortadan yox olur. Ən son dediyi şey bu olur. Bu qədər müddət keçdi və indiyə kimi heç vaxt ondan xəbər alınmıyıb, heç kim onun haqda danışmır artıq.
John Titor : 

    İnsanlar bunnan sonra iki fikrə ayrılıb bütün bunlara inanmayanlar, yalan olduğunu düşünənlər və bunlara inanıb, zaman səyahətinin həqiqətən olduğunu düşünənlər. Mən realist bir insan olmadığım üçün belə şeylərə dərhal inanıram. Və məncə bunlar mümkündür. Yəni hə onların dediyi heç nə baş vermədi düzdü amma onların məqsədi bu idi onsuz onlar keçmişə gedib bir şeyləri dəyişdirdilər və biz ona görə yaşamadıq bunları. Yəni onlar keçmişə gedib bir şeyləri dəyişdirməklə olacağını dedikləri şeyləri də bizim zaman xəttimizdə dəyişdirdilər. Siz bu haqda nə düşünürsünüz? Ümid edirəm bu yazının sizə bir faydası toxunmuşdur.

Yorumlar

Popüler Yayınlar