Fərqli dillərdə mənalı sözlər ~ 🌏
SALAM ~ 잘 지내세요? 😊💜
Bu gün fərqli dillərdə olan mənalı sözləri, mənaları ilə birgə yazacam. Bura yazacağım sözlər özümün müxtəlif saytlardan tapdığım və çox vaxt dildə olmasa da yazıda ya da status kimi işlətdiyim sözlər olacaq.
İlk öncə blogun adının mənasından başlıyım. Bəzilərinə maraqlı gəlib bəlkə də Saudade nə deməkdi.
Saudade : Portuqalya dilində yas tutmaq mənasına gələn bir sözdür, sevdiyin və itirdiyin biri və ya bir şey üçün darıxmaq mənasında da işlədilir. (Səhifənin adın niyə belə bədbin bir şey qoymuşam bilmirəm. Sadəcə səslənməsi, deyilişi yaxşıdı ona görə diyəsən).
Wabi - Sabi : Yapon dilindən gələn bu söz qüsurlar içərisində gözəlliyi tapmaq, həyat və ölüm arasındakı ardıcıllığı qəbul etmək mənasını verir.
Eccedentesiast : Pis olmasına baxmayaraq, gülərək bunu bildirməyən adamlara deyilir.
Youniverse : Egoist deyə göstərilən, özündən başqasını önəmsəməyən adamlar üçün istifadə olunur. Dünyanın öz ətrafında fırlandığını düşünən, sadəcə özü ilə əlaqəli şeyləri önəmsəyən insanlar üçün istifadə olunan söz.
Anagapesis : Əvvəllər çox sevdiyin bir nəfərə qarşı artıq bir şey hiss eləməmək.
Aware : Yaponcada bu söz möhtəşəm bir gözəlliyin, qısa və keçmək üzrə olan kiçik bir anın üstümüzdə qalan acı-şirin hissi.
Litost : Çex dilindədir. Bir insanın öz halını görərək, qəfildən əzab çəkməyə başladığı vəziyyət.
Ya'aburnee : Ərəbcə. Məni sən basdır. Mən səndən əvvəl ölmək istəyirəm çünki səni itirməyə dayana bilmərəm.
Ya Da Yuanfen : Mandarin Çincəsi. İki insanın qədər bağlılığı deməkdir.
Forelsket : Norveç dilində. Sevməyə başlayanda hiss olunan coşğu.
İlunga : Tshiluba dilində. Edilən hər hansı bir pisliyi ilk səfərdə bağışlamağa, ikincisində tolerant göstərməyə hazır lakin üçüncüsündə heç vaxt bağışlamayan insan.
Friolero (Friolento) : İspanca. Xüsusilə soyuq havalara və az istiyə qarşı çox həssas olan kimsə.
Fernweh : Almanca. Əvvəllər heç olmadığı bir yer üçün həsrət çəkmək.
İktsuarpok : Eskimo dili. Kiminsə bir anda gəlməyini gözləyəndə yaşanan xəyal qırıqlığı.
Philophobia : Sevməkdən qorxmaq.
Shlimazl : Davamlı olaraq şanssız olan adam.
Lypophrenia : Ortada heç bir səbəb yox ikən birdən-birə pis olmaq.
Kalopsia : Hadisələrin gerçəkdə olduğundan daha gözəl olduğunu düşünmək. İnsanın bir şeyin gözəl olduğunu düşünüb özünü aldatması.
İkigai : Yaşama səbəbi. Həyata tutunma səbəbi.
Afterclap : Hamı alqışlayıb qurtarandan sonra alqışlayan adam.
Textrovert : Müasir dünyada çox görülən bir hərəkət. Üz-üzə danışmamaq xəstəliyi. Üz-üzə danışmaqdansa mesajlaşanda daha rahat olan adam.
Chionophile : Soyuğu və qarlı havanı sevən kimsə.
Selenophile : Ay'ı sevən insan.
Pluviophile : Yağışı sevən, yağışlı günləri daha maraqlı və daha sakit, dinc olduğunu düşünən insan.
Liberosis : Hadisələri daha az önəmsəmə istəyi.
Ayurnamat : Dəyişdirə bilməyəcəyin şeylər üçün pis olub, narahat olmağın məntiqsiz olduğunu deyən fəlsəfi söz.
Ukiyo : Həyatın çətinliklərini unudub anı yaşamaq.
Alexithymia : Yunanca bir söz olub, hisslərin sözlərlə açıqlana bilməməsi vəziyyətinə deyilir.
Maturdating : Film, restoran, park və s yerlərə təkcə getməyə verilən ad.
Redamancy : Qarşılıqlı bir-birini sevmək.
Hiberdating : Sevgilisi olanda dostlarını, yaxınlarını satmaq.
Fika : İsveç'də kofe fasilələrinə verilən ad olaraq bilinir. Tam mənası; şirin bir şey yeyəndə yanında kofe içmək.
Laughback : Əvvəllər yaşanmış bir şeyə təzə olubmuş kimi gülmək.
Nepenthe : Köhnə Yunan dilində ağrı və bədbəxtliyi yaddan çıxardan bir dərman olaraq təsvir olunub. İndiki zamanda isə bədbəxtliyi unutdura bilən şey mənasında işlədilir.
Boregasm : Can sıxıntısının ən pik nöqtəsi. Çox çox sıxılmaq.
Destinesia : Bir yerə gedib, ora nə üçün getdiyini unutmaq.
Age Otori : Yapon sözüdür. Çox vaxt salona getdikdən sonra yaşanan bir hiss; bəyənmədiyin bir saç kəsimindən sonra hiss olunan pis hiss.

Misanthropy : İnsanları sevməmək, onlara güvənməmək, onlardan tiksinmək, nifrət eləmək.
Bibliophile : Həmişə kitab almaq, kitab oxumaq istəyən bir adam.Philophobia : Sevməkdən qorxmaq.
Shlimazl : Davamlı olaraq şanssız olan adam.
Lypophrenia : Ortada heç bir səbəb yox ikən birdən-birə pis olmaq.
Kalopsia : Hadisələrin gerçəkdə olduğundan daha gözəl olduğunu düşünmək. İnsanın bir şeyin gözəl olduğunu düşünüb özünü aldatması.
İkigai : Yaşama səbəbi. Həyata tutunma səbəbi.
Afterclap : Hamı alqışlayıb qurtarandan sonra alqışlayan adam.
Textrovert : Müasir dünyada çox görülən bir hərəkət. Üz-üzə danışmamaq xəstəliyi. Üz-üzə danışmaqdansa mesajlaşanda daha rahat olan adam.
Chionophile : Soyuğu və qarlı havanı sevən kimsə.
Selenophile : Ay'ı sevən insan.
Pluviophile : Yağışı sevən, yağışlı günləri daha maraqlı və daha sakit, dinc olduğunu düşünən insan.
Liberosis : Hadisələri daha az önəmsəmə istəyi.
Ayurnamat : Dəyişdirə bilməyəcəyin şeylər üçün pis olub, narahat olmağın məntiqsiz olduğunu deyən fəlsəfi söz.
Ukiyo : Həyatın çətinliklərini unudub anı yaşamaq.
Alexithymia : Yunanca bir söz olub, hisslərin sözlərlə açıqlana bilməməsi vəziyyətinə deyilir.
Maturdating : Film, restoran, park və s yerlərə təkcə getməyə verilən ad.
Redamancy : Qarşılıqlı bir-birini sevmək.
Fika : İsveç'də kofe fasilələrinə verilən ad olaraq bilinir. Tam mənası; şirin bir şey yeyəndə yanında kofe içmək.
Laughback : Əvvəllər yaşanmış bir şeyə təzə olubmuş kimi gülmək.
Nepenthe : Köhnə Yunan dilində ağrı və bədbəxtliyi yaddan çıxardan bir dərman olaraq təsvir olunub. İndiki zamanda isə bədbəxtliyi unutdura bilən şey mənasında işlədilir.
Boregasm : Can sıxıntısının ən pik nöqtəsi. Çox çox sıxılmaq.
Destinesia : Bir yerə gedib, ora nə üçün getdiyini unutmaq.
Age Otori : Yapon sözüdür. Çox vaxt salona getdikdən sonra yaşanan bir hiss; bəyənmədiyin bir saç kəsimindən sonra hiss olunan pis hiss.

○● Təşəkkürlər )))
YanıtlaSil