Jeff The Killer ~ 🔪
SALAM ~ 안녕하세요 ☺💜
Bu yazımda məşhur bir uşaq qatil haqqında, bu qatilin hekayəsini yazmaq istədim niyə bilmirəm amma bu mövzu çox maraqlı gəldi mənə. Ümid edirəm sizin üçün də maraqlı olar. Nəysə yazmağa başlayım.
Bu qatilin adı Jeff'dir. Əsasən Jeff The Killer kimi bilinir. İnternetdə onun haqqında 10.000'dən çox hekayə olduğu deyilir. Bura yazacağım hekayəsi Jeff The Killer'in doğruluğuna ən çox əmin olunan hekayəsidir. 13 yaşındakı Jeff və ailəsi bir gün atası işində yüksək vəzifə'yə keçirildiyi üçün yeni bir məhəlləyə köçürlər. Məhəlləyə təzə biri gələndə adəttəndir ki, qonşular xoşgəldin deməyə gəlir. Və onlara da Barbara adında bir qonşuları xoşgəldin deməyə gəlir. Oğlu Billy'ni də gətirir ki Jeff və qardaşı Liu ilə tanışıb qaynaşsınlar. Amma Billy utancaqdır. Ona görə də sadəcə SALAM verib oynamaq üçün geri qayıdır. Jeff'in anası Margeret isə gələn qonşunu içəri dəvət etmədən ailəsi ilə tanışdırır : əri Peter, oğulları Jeff və Liu. Barbara uşaqları Billy'nin ad günü şənliyinə dəvət edir. Amma Jeff getmək istəmir çünki o, bu cür dəvətləri çox xoşlamır və insan içinə də tez qaynayıb-qarışan bir tip deyil. Margeret isə rədd edə bilmir və uşaqların gələcəyini deyir. Qonşu gedəndən sonra söhbətə şahid olan Jeff anasına əsəbləşir. Çünki Billy'nin ad günü şənliyinə getmək istəmir amma anası artıq onlar adından söz vermişdir.
Səhərisi gün yeni məktəblərinə getmək üçün hazırlaşırlar. Qardaşı Liu da səhər yeməyini qurtardıqda birlikdə avtobus dayanacağına gedirlər. Orda avtobus gözləyəndə bir uşaq gəlib Jeff və qardaşına sataşır. Bu uşaq 12 yaşındadır və yanında 2 dənə dostu da var. Biri çox arıq, o biri isə çox kiloludur. Arıq olanın adı Keith, kilolu olanın adı isə Troy'dur. Özünü Randy olaraq tanış edən 12 yaşındakı bu uşaq zorba kimi Jeff'dən və qardaşı Liu'dan pul istəyir. Liu yumruq atmaq üçün ayağa qalxır amma uşaqlardan biri bıçaq çıxartdığı üçün bu fikirdən dönür. Və beləcə Liu öz pulqabısını Randy'ə verir. Jeff isə qəribə hisslər içərisindədir. Jeff ayağa qalxır və Liu'nun onu tutmasına imkan vermədən uşaqların üstünə gedir. "Qardaşımın pul qabını qaytar yoxsa..." deyə sözə başlıyır amma Randy pulqabını cibinə qoyub bıçağını çıxardır. Jeff təhriklərə dayana bilməyib uşağın biləyini tutub qırır və bıçağını alır. Sonra bıçağı yanına gələn Keith'in qoluna vurur. Troy gələndə isə onun mədəsinə ard-arda yumruq vurur. Liu isə dəhşətə gələrək bütün bunları izləyir. Avtobusun gəldiyini gördükdə ikisi də qaçır və bu mövzunu açmırlar. Liu böyük qardaşının sadəcə bir neçə uşağı döydüyünü düşünür ancaq Jeff bundan daha çoxunu hiss edir. Jeff özünü böyük bir qələbə qazanmış kimi hiss edir və kiməsə zərər vermə niyyəti nə qədər qorxuducu olsa da Jeff'i xoşbəxt hiss etdirmişdi və bundan zövq almışdı.
Səhərisi gün polislər qapılarına gəlir. Və davanı başladıb, uşaqları bıçaqladığını deyən polis Jeff'i aparmaq isdəyir. Jeff özlərini müdafiə etmək istəyir amma işə yaramayacağını düşündüyü üçün etmir. Liu Jeff'in etdiklərini öz üstünə götürüb polislərlə birlikdə gedir. Jeff qardaşının özü üçün düşdüyü bu haqsız vəziyyətə dözə bilmir. Və o gecə səhərə qədər ağlayır. Jeff böyük bir peşmanlıqla başbaşa qalır, içini nifrət və intiqam hiss'i ilə doldurur. Ertəsi gün anası Jeff'i ad günü şənliyinə getməyi üçün erkən oyandırır ana sanki heç nə olmamış kimi davranır. Tək istədiyi bu yeni gözəl evlərinə, zəngin şəhər həyatına və göstərişli qonşularına uyğunlaşmaqdır. Və Jeff'in bütün qarşı qoymalarına baxmayaraq onu zorla Billy'nin ad günü şənliyinə aparır. Barbara Jeff'i həyətə, uşaqların yanına göndərir. Ad günü şənliyində olmağı heç xoşlamayan Jeff bir müddət sonra dünən özünə hücum edən uşaqların şənliyə gəldiyini və yanlarında da silah gətirdiklərini görür. Bu dəfə Jeff xəsarət almadan qurtula bilməyəcək. Randy Jeff'ə hücum edir və çiyninə bıçaqla vurur. Jeff yerə yıxılanda da üzünü təpikləyir. Jeff Randy'nin ayağını tutub çevirərək yerə yıxır. Jeff ayağa durub getmək istəyəndə, Troy onu tutur və döyüş davam edir. Randy Jeff'in başına araq butulkası ilə vurur. Jeff qarşılıq vermir və döyülür. Randy Jeff'i cümlələri ilə təhrik eləməyə başlayanda Jeff güclü bir hissin onu ələ keçirməsinə imkan verir. Artıq tək bir məqsədi və istəyi var : Öldürmək. Jeff Randy'ni qaldırıb yerə atır və üsdünə çıxıb ürəyi dayanana qədər ürəyinə yumruq atmağa başlayır. Bədənindən qanlar axanda Randy artıq son nəfəsini verir. İşi qurtaranda hamının ona baxdığını görür. Pilləkənlərlə yuxarı, vanna otağına qaçarkən Troy və Keith arxasından silahla vururlar. Jeff şkaflardan birini qırıb özünə silah düzəldir. Troy'a vurub zərərsiz hala gətirir və Keith ilə döyüşməyə başlayır. Şkaflardan birindən üstlərinə xlor tərkibli bir maye tökülür. İkisinin də gözləri yanır amma Jeff cəld davranıb Keith'i yıxır. Keith araq və paltar şampunu örtülü Jeff'i çaxmağı ilə yandırır. Jeff çırpınaraq pilləkənlərdən yıxılır. Ürəyi getməzdən əvvəl gördüyü son şey anası və onu söndürməyə çalışan digərləri olur.
Jeff çox riskli bir əməliyyat keçirdikdən sonra xəstəxanada oyananda hər yeri sarğılı vəziyyətdədir və həkimlər onun üçün ümid görmürlər. Ancaq Jeff sağalır və bir neçə həftə xəstəxanada qalır. Bu arada qardaşı da həbsdən çıxır. Çünki kameralara baxan polis Jeff və qardaşına hücum edən uşaqların da bu uşaqlar olduğunu təsbit etmişdir. İki həftə xəstəxanada qaldıqdan sonra nəhayət sarğıları açırlar. Anası gördüklərindən sonra qışqırmağa başlayır, Liu və atası isə heç bir reaksiya vermədən eləcə baxırlar. Xəstəxanada işləyənlər də bundan kiçik bir şok yaşıyırlar. Uşağın üzündəki sarğıları çıxaran həkimlər belə əvvəllər heç bu cür bir şey görməyiblər. Jeff nə olduğunu başa düşmək üçün vanna otağına qaçır. Aynada gördüyü üz qorxuncdur dodaqları parçalanmışdır və qıpqırmızıdır, üzü isə ağappaqdır. Liu Jeff'i yatışdırmaq üçün "O qədər də pis deyil" deyər. Jeff'in cavabı isə "Pis deyil? Mükəmməldir!" Ailəsi Jeff'in bu cavabı qarşısında şok olur. Jeff qəhqəhə çəkib gülməyə başlayır. Bu reaksiya qarşısında qorxmamaq mümkün deyil. Yaxşı olub olmadığını soruşurlar amma Jeff qətiliklə əla hissetdiyini deməkdədir. Daha sonra Jeff "Bu üz mənə tam uyğun oldu" deyir. Anası həkimdən oğlunda bir problem olub olmadığını soruşur. Həkim isə uzun müddət dərman içən adamlardan bu reaksiyaların normal olduğunu deyib qadını rahatladır. Əgər davranışları dəyişməsə gətirin, biz ona bir test eləyərik deyir və Jeff ilə ailəsi xəstəxanadan çıxır.
Jeff The Killer'in hekayəsi bu formadadır. Ancaq internetdə onunla bağlı çox fərziyyə var. Və təbii ki fərqli hekayələr də mövcuddur.
Yerli bir qəzetdə yazılan xəbərə görə gənc bir adam bir gecə pis yuxu gördüyü üçün yuxusundan sıçrayaraq oyanır. Həmin vaxt otağındakı pəncərənin açıq olduğunu görür. Ancaq gecə yatmazdan əvvəl pəncərəni bağlamışdır və buna əmindir. Təzədən yatmaq istəyən adam bir təsrlik olduğunu başa düşür. Və içini qəribə bir hiss bürüyür. Həmin vaxt pərdənin arxasında kölgədə gizlənən bir nəfər olduğunu hiss eliyir. Adam belə bir səs eşidir "Sadəcə yat". Həmin an adamın qışqırmasıyla birgə özünə hücum edən bu qatilin deyilənə görə, ağappaq, parlaq bir dərisi və üzündən əskik olmayan qorxunc bir gülümsəməsi var. Qatil adama hücum etmiş amma öldürə bilməmişdir. Qışqırıqların fərqinə varan qonşuları polisə xəbər verdiklərində, qatil həmin yerdən qaçaraq uzaqlaşmışdır. Bundan başqa deyilənlərə görə bu insanın 18 yaşından kiçik olduğu təxmin edilmiş, hətta 13-15 yaş arası bir uşaq olduğu düşünülmüşdür. Yəni Jeff The Killer ilə eyni yaşda.
Jeff The Killer ilə bağlı bir Anime və bir oyun da mövcuddur. Nə qədər olduğu haqda bir fikrim yoxdu ama birdən çox da ola bilər.
Mənim yazacaqlarım bu qədər. Ümid edirəm sizə yeni bir şey məlumat çatdıra bilmişəm bu yazı ilə.
Yorumlar
Yorum Gönder