La vie est belle ~ Life is beautiful


   SALAM ^ ^  나 왔습니다 ~ ❤👧
   Uzun müddətdi heç nə yazmırdım yazmaq üçün bir şey yox idi sanki. Bu yazı bir az həyat ya da həyatdakı hədəflərimiz barəsində olacaq. Tamamilə öz düşüncələrimdi burda yazılanlar.
   İlk öncə əminəm çox adam intihar eləməyi düşünüb cəsarətli olanlar cəhd eliyib ölümdən dönüb, cəsarəti olmayanlar sadəcə düşünüb. Deyə bilərəm ki mən özüm də çox vaxt demiyək bəzən düşünmüşəm intihar və ölüm falan. Amma sonradan çox mənasız gəlib mənə. Yəni sənə verilən bu həyatı daha düzgün dəyərləndirməlisən elə deyil? Bəs niyə çox adam intihar eliyir? Bu onların zəyifliyidi məncə. Çünki intiharı ya da ölümü bir çıxış, qurtuluş kimi düşünürlər. Bəzilərinə görə elə ola bilər ama mənim fikrimcə sadəcə bir qaçışdı. Qorxularından, gələcəyindən ya da xəyallarından.
    Bəlkə də çox adam oturub çox vaxt bu həyata niyə gəldiyini, hədəfini və nə etmək istədiyini düşünür. Mən özüm də çox vaxt sanki bir boşluqdaymış kimi düşünürəm "bu həyatı niyə yaşıyıram?" "məqsədim və ya hədəfim nədi?" və s. Məncə düşünmək yaxşıdı, xəyal qurmaq çox daha yaxşıdı. Gələcək haqqında, gələcəkdə olmaq istədiyin yer, özünü necə biri kimi görmək istədiyin haqqında.
    Hamımızın hədəfləri, məqsədləri, xəyalları var elə deyil? Biri sadəcə çox oxuyub vəkil olmaq istəyir, biri polis, biri futbolçu olmaq istəyir, biri müəllim, biri müğənni, biri dünya turuna çıxmaq istəyir, biri sadəcə sevilmək istəyir, biri imkanı yaxşı olsun istəyir və s bu siyahı uzanıb gedir belə.
    Mənim hədəfim oxuduğum ixtisasdan asılı olaraq təbii ki Tərcüməçi olmaqdı. İstədiyim ölkələri gəzməkdi. "İdeal" dediyim insanlarla tanışmaqdı və hələ nə qədər şey. Bəzən istədiklərimiz olmaz. Biz başqa bir şey istəyərik və gözləyərik həyatdan ama o bizə başqa şey verər. Və nəticəsi xəyallarımız puç olur. Sanki dünya dağılmış kimi hiss edirik. Böyük xəyal qırıqlığı yaşayırıq. Bəzən o qədər bütünləşmiş oluruq ki o məqsəd, hədəf ya da xəyal ilə hər nə olsa artıq olmuyanda ölmək istəyirik intihara cəhd səbəblərindən biri belə şeylərin baş verməsidi mənim fikrimcə. Ən əsası bunlardan dərs götürməkdi. Bir şeyi çox istədin çalışdın ama olmadı həmin dəqiqə artıq həmin şeyi istəmirəm deyə düşünüb əl çəkmək lazım deyil. Bəlkə də sən yetəri qədər çalışmamısan, yetəri qədər çabalamamısan, ürəkdən istəməmisən o şeyi. Həqiqətən çox istəyəndə bir insanın edə bilməyəcəyi heç nə yoxdur.
   Təbii ki bəzi mövzular xaric. Məsələn duyğular. Düzdü kitablar'da seriallar'da görürük bir insanın duyğularının zorla dəyişdirilmək istənməsi çabası alınır. Amma biz real dünyada yaşayırıq. Heç vaxt səni sevməyən birinə özünü sevdirmək mümkün deyil. "Sən məni sevmə mənim sevgim ikimizə də çatar" sözləri çox vaxt yalan olur. Bir insan ki səni sevmir necə sənin sevgin ikinizə də çatsın? Çox mənasız bir şeydi bu. Üstəlik hər insanın xasiyyəti başqadır. Misal üçün elə insan var ki ilk görüşdə nifrət elədisə dəyişdirmək mümkün deyil nə eləsən də fikri dəyişməz. Ya da elə insanlar var ki sənin yaşadığın hissləri əvvəl heç vaxt yaşamıyıb ona görə sən özünü ona nə qədər anlatmağa çalışsan da anlamaz. Olmadığı müddətçə oldurmağa çalışmaq real'lıqda imkansızdır.
    Duyğular'dan misal gətirdim amma məsələn xarici görünüş də var. Bu da intihar səbəblərindən biri idi. Düzdü hazırki dövrdə hər şey əməliyyatla həll olunur. Ama məncə ALLAH'ın sənə verdiyini də dəyişdirmək səhvdir. Özümnən misal göstərim heç vaxt bəyənməmişəm özümü təvazökarlıqdan falan yox ama doğrudan da yaxşı yəni gözəl olmadığımı düşündüyüm üçün. Bəzən elə insanlar görürəm ki həqiqətən şükür eliyirəm. Və çox vaxt da gözəl olsaydım da yenə həyatımdan tam razı olacağımı düşünmürəm. Müasir dövrdə "daxili gözəllik" deyə bir şey çox qalmasa da gözəl/yaraşıqlı və ya çirkin olmağın da bir fərqi olmadığını düşünmürəm. Dünyadakı ən çirkin insanı belə doğrudan da sevəcək biri var məncə. Nəysə


    Qısası (çox qısa olmadı bu ama yenə də ☺) özünü çox pis hiss eliyirsən? Nəyəsə görə səni bəyənmirlər? Ya da sən özünü kiməsə bəyəndirə bilmirsən? Boş ver. Həyat gözəldir. Aç bir kitab oxu, ya da sevdiyin müğənninin mahnılarına qulaq as, yüksək səslə mahnı oxu, parka gedib gəz, bir az sosyallaş və s çox şey var. Həyatdan zövq almağın yoları əslində çoxdu. Sadəcə biz bunların fərqində deyilik. Çünki gözümüz sahib olduqlarımızı, qabağımızda olanları görmür. Həmişə daha yuxarılara baxırıq, daha çoxunu istəyirik. Sanki daha çox olsa, daha yaxşı olacaqmış kimi. İnsanların psixologiyası belədi.
    Bu qədər də yazdım çox bir şey bilən kimi hardan baxsan hələ 17 yaşım var yəni. Görüb öyrənməli olduğumuz şeylər çoxdu. Sadəcə bunu deməyə çalışıram ki həyatdan zövq almaq və sənnən daha pis vəziyyətdə olanların da varlığını hiss eləmək və hazırki halına şükr eləmək lazımdır.

Yorumlar

Popüler Yayınlar