Qədər (Kader) ~ 운명
SALAM ^ ^ ~ 다시 싸요 💜 Bu gün qədər və ya alın yazısı haqqında yazmaq istəyirəm. Bu mövzuda yazmaq istəməyimin səbəbi dünən başladığım bir Koreya serialı oldu düzü. Bir də son vaxtlarda bu haqda çox düşünürəm.Yəni qədər, alın yazısı deyə bir şey var mı. Varsa biz onu dəyiştirə bilərmiyik və s. Bunun haqqında bir az araştırdım ama bura yazdıqlarım bu haqda olan öz düşüncələrim və baxış nöqtəmdir.
Bu haqda baxdığım yerlərdən oxudum ki, alın yazısı deyə bir şey həqiqətən var imiş. Və dünyada nə qədər insan varsa ALLAH onların hamısını yaradarkən alın yazısını da yaradırmış. Tanrı üçün zaman anlayışı yoxdur. Biz hər şeyi zamana bağlı olaraq, zamanla yaşayırıqsa Tanrı üçün onlar sadəcə tək bir andır.Yəni bizim anadan olduğumuz vaxtdan ölənə qədər yaşadığımız müddət Tanrı üçün əvvəlcədən təyin olunmuş bir andır.ALLAH hər şey üçün bir qədər təyin edib. Təkcə insanlar və canlılar üçün yox hətta cansızlar üçün belə. Bizim aldığımız nəfəs, içəcəyimiz su, yeyəcəyimiz yemək, atacağımız addım belə ALLAH tərəfindən qərarlaşdırılmışdır.
Bir ayətdə belə deyilmişdir : "Heç şübhəsiz, biz hər şeyi qədər ilə yaratdıq." ( Qəmər surəsi, 49)
İnsan heç vaxt ALLAH'ın əvvəlcədən təyin etdiyi qədərdən kənara çıxa bilməz. Sadəcə bizim etdiyimiz seçimlərdən asılı olaraq qədərimiz yaxşı və ya pis olar. Çox insan müəyyən zaman ərzində başına ardı-ardına pis şeylər gəlirsə bədbinliyə düşür, şanssız olduğunu düşünür və bunu qədərinin pis yazıldığı ilə əlaqələndirir. Buna ən asan bir nümunə olaraq məsələn bir tələbə universitet imtahanına hazırlaşır və lazımi qədər oxumadığı üçün qəbul ola bilmir və nəticədə bədbinliyə düşür. Belə bir vəziyyətdə ən yaxşısı olanı qəbullanmaqdır. Çünki bu sənin qədərində belə yazılıb.Belə olubsa deməli, xeyirlisi bu imiş. Bəlkə də sən qəbul universitetə qəbul olsaydın başına pis bir şey gələcəkmiş ama ALLAH bu cür etməklə bunun qarşısını aldı. Bəzi insanlar da onsuz Tanrı qədərimə nə yazıbsa o olacaq çox oxumağıma ya da çox işləməyimə gərək yoxdur deyə düşünür. Bu da təbii ki doğru deyil. ALLAH həyatda hər şeyi bir səbəbə bağlayıb. Bir şeyi doğrudan istəyirsənsə ya da gələcəyinin yaxşı olmağını istəyirsənsə əlindən gələni eləməlisən. Tanrı bizə doğrunu və yanlışı verib seçim etməksə bizim özümüzdən asılıdır. 😊
Yaxşı qədər və ya pis qədər deyə bir şey yoxdur. Belə bir şey düşünən insanlardır. Dünyada yaxşı şeylər varsa, pis şeylər də olalıdır. Bir anlıq düşünün yaşadığımız həyat ancaq yaxşı ya da ancaq pis olsaydı yaşamaq necə sıxıcı olardı. Bəzən pis olub, yıxılmalısan ki, qalxmağı da öyrənəsən və həyatın, dünyanın pis tərəflərini də görəsən. İnsanlar xeyirin nədə olduğunu bilə bilməzlər amma Tanrı bilər.
"Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli olar." (Bəqərə surəsi, 216)
Qısacası hər pis/yaxşı şeydə olan xeyri düşünmək və şükr etmək lazımdır. Hal-hazırda mənim bunu yazmağım və qədərində olanların bunu oxumağı belə Tanrının təyin etdiyi alın yazısıdır. Güman edirəm bu yazı ilə sizə bir faydam olmuşdur. ❤
Yorumlar
Yorum Gönder